Maaşların artımı sosial yığımlara müsbət təsir göstərəcək

2019.06.25 18:21 (UTC+04:00)

Sığorta məsələləri üzrə eskpert Xəyal Məmmədxanlı mövzunu şərh edərkən deyib ki, sosial sığorta məbləğində artımın olması normaldır: "Əhalinin gəlirlərinin artmasına paralel olaraq, sosial sığorta ödəmələrinin artması qaçılmazdır. Bu artım bütün kateqoriyalara mənsub insanlara şamil olunacaq. Sosial sığorta məbləği vətəndaşın əməkhaqqına artımın neçə faiz təsir etməsinə əsasən hesablanacaq. Artım yalnız sosial sığorta haqqından azad olunan şəxslərə şamil edilməyəcək".

Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə 1 sentyabr 2019-cu il tarixdən etibarən minimum aylıq əməkhaqqının məbləği 250 manat müəyyən edilib. Dövlət başçısı tərəfindən əmək haqlarının ayrı-ayrı sahələr üzrə 20-40 faizlik artımı ümumilikdə 18,7 faizlik məcburi dövlət sosial sığorta haqları üzrə artım üçün əsas mənbə hesab ediləcək.