26 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Asiya İnkişaf Bankı Azərbaycanla bağlı yeni strategiyasını açıqlayıb

Asiya İnkişaf Bankı (AİB) Azərbaycan üzrə 5 illik Ölkə Tərəfdaşlıq Strategiyasını təsdiq edib. 2019-2023-cü illəri əhatə edən sənəddə Azərbaycanı dəstəkləmək məqsədilə üç strateji prioritetə xüsusi diqqət ayrılıb:

  • özəl sektorun inkişafının gücləndirilməsi;
  • dövlət sektorunun səmərəliliyinin artırılması:
  • infrastrukturun təkmilləşdirilməsi və insan kapitalının gücləndirilməsi.

AİB-in Azərbaycan üzrə ölkə direktoru Nəriman Mannapbekov bildirib ki, yeni strategiya özəl sektora dəstəyi artıracaq, insan kapitalının inkişafına daha çox diqqət ayıracaq, biliklərin mübadiləsi ilə bağlı fəaliyyətin miqyasını genişləndirəcək və maliyyə ilə bağlı innovativ həll yollarına imkan yaradacaq. Yeni strategiyaya əsasən, AİB siyasətə əsaslanan əməliyyatlar, analitik, məsləhət fəaliyyəti və layihələrin hazırlanmasına yardım göstərilməsi, hökumət təsisatlarının potensialının gücləndirilməsi vasitəsilə struktur islahatların dəstəklənməsinə xüsusi diqqət ayıracaq, yüksək texnologiyalar və innovativ layihələr üçün selektiv kreditləşdirməni həyata keçirməyə çalışacaq.

Bundan başqa, AİB Azərbaycanda özəl sektordakı əməliyyatlarını artırmaq niyyətindədir. Bank ölkənin kapital bazarının imkanlarından istifadə etməklə və riskin yumşaldılması mexanizmlərini dəstəkləməklə yerli valyutada maliyyələşdirmə seçimlərini araşdıracaq. Strategiya AİB-in suveren və qeyri-suveren əməliyyatları arasında, o cümlədən dövlət-özəl sektor tərəfdaşlığı və qarışıq maliyyələşdirmə vasitəsilə sıx sinerjini nəzərdə tutur. Xatırladaq ki, 1999-cu ildən AİB-ə üzv olan Azərbaycan bu dövr ərzində nəqliyyat, enerji, dövlət sektorunun idarəetməsi, su təchizatı və kanalizasiya, maliyyə, kənd təsərrüfatı və təbii sərvətlər, səhiyyə layihələri və proqramları üzrə təxminən 4,2 milyard ABŞ dolları həcmində suveren və qeyri-suveren kredit, zəmanət və texniki yardım alıb.

VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?