26 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bolqarıstana məhsul ixracı 2 dəfədən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın Bolqarıstanla ticarət dövriyyəsinin ümumi həcmi 168 milyon ABŞ dolları və ya 94,5 faiz artaraq 345,9 milyon dolları üstələyib.

"Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk 9 ayında Azərbaycandan Bolqarıstana 324,19 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisindən 2,1 dəfə və ya 173 milyon dollar çoxdur.

Bolqarıstandan Azərbaycana idxal edilən məhsulların dəyəri isə 18,6 faiz və ya 4,96 milyon dollar azalaraq 21,7 milyon dollar təşkil edib.

Cari ilin yanvar-sentyabr aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Bolqarıstanla ticarətin payı 0,88 faiz təşkil edib ki, bu da bir il əvvəlki eyni göstəricidən 0,44 faiz bəndi çoxdur.

VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?