26 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İnternet bankçılıq vasitəsilə həyata keçirilən əməliyyatların həcmi 172 milyard manata bərabər olub

İnternet bankçılıq vasitəsilə həyata keçirilən əməliyyatların həcmi 2023-cü ilin 9 ayı ərzində ötən ilin eyni dövrü ilə müqayisədə 15 faiz artıb və 172 milyard manata bərabər olub.

vergiler.az” xəbər verir ki, bu fikri Mərkəzi Bankın baş direktoru Fərid Osmanov VII Beynəlxalq Bankçılıq Forumunda səsləndirib. Onun sözlərinə görə, iqtisadi subyektlərin ödənişlərinin həyata keçirilməsində internet bankçılıq və mobil bankçılıq xüsusi önəm kəsb etməkdədir.

“Mobil bankçılıq da kifayət qədər aktual olub. Mobil bankçılıq kanalları vasitəsilə həyata keçirilən əməliyyatların həcmi ötən ilin ilk 9 ayı ilə müqayisədə 2,4 dəfə artaraq 18,5 milyard manata çatıb. Qeyd etmək lazımdır ki, son illərdə istifadə etdiyimiz ödəniş kartların sayında və həmin kartlar vasitəsilə həyata keçirilən ödənişlərin həcmində də ciddi inkişaf trayektoriyasını görürük. 1 oktyabr 2023-cü il tarixinə olan göstəricilərə əsasən, ödəniş bazarında dövriyyədə olan kartların sayı 20 faiz artıb və 16 milyona çatıb”.

VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?