9 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Kimya sənayesi üzrə istehsal dəyəri 8 faiz artıb

Bu ilin yanvar-sentyabr aylarında ölkənin kimya sənayesi sahəsində 1 156,2 milyon manat dəyərində məhsullar istehsal edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisini 8 faiz və ya 92,5 milyon manat üstələyir.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, ümumilikdə cari ilin ilk 9 ayında kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 1 647,8 milyon manatlıq məhsul istehsal edilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə rezin və plastik kütlə məmulatlarının istehsalı 17,6 faiz, əczaçılıq məhsullarının istehsalı isə 2,9 faiz artıb. Kimya sənayesi məhsullarından polietilen istehsalı 32,2 faiz, etilen istehsalı 30,2 faiz, propen (propilen) istehsalı 24,8 faiz, rezin və plastik kütlə məmulatlarından plastmas butulkalar, flakonlar və oxşar məmulatların istehsalı 2,1 dəfə, sərt plastmasdan borular, borucuqlar, qolçaqlar və şlanqların istehsalı 25,2 faiz, plastmas çubuqlar, millər və profillərin istehsalı isə 9,4 faiz artıb.

VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır?