15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Qarabağ KOB-ları” layihəsinin təqdimatı keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin, İnkişaf Korporasiyasının təşkilatçılığı, “Paşa Holding”in ayırdığı qrant vəsaiti hesabına həyata keçirilən “Qarabağ KOB-ları” layihəsinin təqdimatı keçirilib.

KOBİA-dan verilən məlumata görə, tədbirdə müvafiq dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, iş adamları və biznes assosiasiyalarının təmsilçiləri, eləcə də layihəyə cəlb olunmuş müharibə iştirakçıları, qazilər, şəhid ailələrinin üzvləri iştirak ediblər.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev işğaldan azad olunmuş ərazilərimizdə icra olunan aktiv məşğulluq proqramlarını qeyd edərək, artıq bu ərazilərə köçürülən sakinlərdən əmək qabiliyyətli olanların təqribən 70 faizinin məşğulluğunun təmin edildiyini bildirib. Qeyd olunub ki, postmüharibə dövründə şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı icra olunan sosial dəstək paketi çərçivəsində bu kateqoriyalardan olan 20 min şəxsin məşğulluğu təmin edilib, habelə 11 minə yaxın şəxs özünüməşğulluq proqramına cəlb edilib, təqribən 10 minədək şəxs işlə təmin olunub. Nazir son 5 ildə 1 milyondan çox şəxsin məşğulluq tədbirləri ilə əhatə olunduğunu bildirib, “Qarabağ KOB”ları layihəsinin şəhid ailələri və müharibə iştirakçılarının sosial rifahı və məşğulluğunun dəstəklənməsində əhəmiyyətli olacağını vurğulayıb.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov “Qarabağ KOB-ları” layihəsi, biznesə başlamaq üçün özünüməşğulluğun önəmi, bu sahədə Agentliyin müvafiq qurumlarla birgə həyata keçirdiyi layihələr barədə məlumat verib. Bildirilib ki, “Qarabağ KOB-ları” layihəsi də ölkəmizdə Vətən müharibəsi iştirakçılarına göstərilən diqqətin və dəstəyin tərkib hissəsi olmaqla, qazilərin, müharibə iştirakçılarının və onların ailə üzvlərinin, şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılması, məşğulluğunun təmin olunmasına dəstək məqsədilə həyata keçirilir. Layihə Bakı şəhəri, Şamaxı, İsmayıllı, Şəki və Zaqatala rayonlarını əhatə edir. Artıq layihəyə qoşulmuş iştirakçılara biznes biliklərinin və bacarıqlarının artırılması üçün KOBİA tərəfindən zəruri təlimlər keçiriləcək və müvafiq sertifikatlar veriləcək. Təlimləri uğurla başa vuran iştirakçılar seçdikləri fəaliyyət istiqaməti üzrə peşə təlimlərinə cəlb olunacaq və onlara özünüməşğulluq proqramı çərçivəsində zəruri avadanlıqlar veriləcək. Layihə çərçivəsində ümumilikdə 50 yeni sahibkarlıq subyekti yaradılacaq.

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?