Əhalinin əmanətləri 13 faizdən çox artıb
Bu ilin sentyabr ayında Azərbaycanda əhalinin əmanətləri 12 705,5 milyon manat təşkil edib ki, bu da 2022-ci ilin eyni ayının göstəricisi ilə müqayisədə 1 479,8 milyon manat və ya 13,2 faiz çoxdur.
“Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının Azərbaycan Mərkəzi Bankının hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin avqust ayına nisbətdə isə sentyabrda əmanətlərin həcmində 125,4 milyon manat və ya 1 faiz artım qeydə alınıb.
Xatırladaq ki, 2023-cü ilin yanvar ayının 1-nə ölkədə əmanətlərin həcmi 11 743,0 milyon manat təşkil edib.