9 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

447 038 manat vəsait istehlakçılara geri qaytarılıb

2023-cü ilin yanvar-sentyabr ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində istehlakçı hüquqlarının qorunması, təbii inhisarların fəaliyyəti və istehlak bazarına nəzarət sahəsində ümumilikdə 5082 vətəndaş müraciətinə baxılıb.

Xidmətdən verilən məlumata görə, bu, 2022-ci ilin müvafiq dövründə qeydə alınan göstəricidən (4161 müraciət) 22,1 faiz çoxdur. Hesabat dövrü ərzində daxil olan 2162 müraciət təmin olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 14,9 faiz artım deməkdir. Təmin olunan müraciətlər nəticəsində 447 038 manat vəsait istehlakçılara geri qaytarılıb, 45 990 manat məbləğində dəymiş ziyan ödənilib.

Qeyd edək ki, 2022-ci ilin müvafiq dövründə Dövlət Xidmətinə daxil olan 1881 müraciət təmin olunub, 271 422 manat vəsait istehlakçılara qaytarılıb, 17 763 manat dəyərində dəymiş ziyan ödənilib.

İstehlakçıların elektrik, su, qaz, istilik təchizatı, telefon, internet, poçt rabitəsi, dəmiryolu, hava yolu nəqliyyatı və digər xidmətləri göstərən təbii inhisar subyektlərinin fəaliyyəti ilə bağlı müraciətləri də yuxarıda qeyd olunan göstəricilərə daxildir.

Cari ilin yanvar-sentyabr aylarında daxil olan vətəndaş müraciətlərinin araşdırılması zamanı təqdim olunan sübutlara əsasən 14 fiziki şəxs Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin inzibati tənbeh vermə haqqında qərarı ilə cərimə olunub, 50 hüquqi şəxs barəsində tərtib olunan protokol və toplanan materiallar aidiyyəti üzrə baxılması üçün məhkəmələrə göndərilib.

İnzibati xəta barədə protokollar 32 halda mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılması, 9 halda qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi, 8 satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulması, 6 halda istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməsi, 4 halda dərman vasitəsinin Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilmiş qiymətdən fərqli qiymətə satılması, 4 halda ictimai iaşə müəssisəsində istehlakçılara təqdim olunan menyunun düzgün tərtib olunmaması, 1 halda istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri, əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində satıcı (icraçı) tərəfindən istehlakçıya məlumatın verilməməsi ilə əlaqədar tərtib edilib.

İstehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər barədə tərtib olunan protokollara dair ətraflı məlumatla Dövlət Xidmətinin rəsmi səhifəsindən tanış olmaq olar (https://u.to/5-4DIA).

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?