26 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan Avropaya boru kəməri ilə qaz tədarükçüləri sırasında ilk 5-likdə yer alıb

2023-cü ilin birinci rübündə Azərbaycan “Trans-Adriatik” qaz kəməri (TAP) ilə Avropa İttifaqı (Aİ) ölkələrinə qaz tədarükünü ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz və ya 2,8 milyard kubmertrədək artırıb. 2023-cü ilin birinci rübündə Aİ-nin ümumi qaz idxalında (boru kəmərləri və mayeləşdirilmiş formada) Azərbaycanın payı əvvəlki rübdəki 3 faizdən 4 faizə qədər artıb.

Bu barədə Avropa Komissiyasının Avropanın qaz bazarında vəziyyətə dair rüblük hesabatında bildirilib.

Hesabatda qeyd olunub ki, birinci rübdə Aİ boru kəmərləri vasitəsilə 42,2 milyard kubmetr qaz idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 32 faiz azdır.

Yanvar-mart aylarında Avropaya boru kəməri ilə qaz tədarükçülərinin ilk beşliyinə Norveç – 21,7 milyard kubmetr (53 faiz pay), Şimali Afrika (Əlcəzair və Liviya) – 7,3 milyard kubmetr (18 faiz), Rusiya – 5 milyard kubmetr (12 faiz), Böyük Britaniya – 4,4 milyard kubmetr (11 faiz) və Azərbaycan – 2,8 milyard kubmetr (7 faiz) daxil olub.

2022-ci ildə Azərbaycan qaz ixracını 18 faiz - 22,3 milyard kubmetrə qədər artırıb, Avropaya 11,4 milyard kubmetr və ya 39 faizdən çox qaz ixrac olunub. 2023-cü ildə Azərbaycandan təbii qazın ixracı 24,5 milyard kubmetr həcmində planlaşdırılır, bunun 12-12,5 milyard kubmetrə qədəri Avropaya nəql olunacaq. (AZƏRTAC)

VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?