26 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Daha 8 müəssisə və 3 əmlak kompleksi özəlləşdirilməyə açılıb

Özəlləşdirilməyə açıq olan müəssisə və obyektlərin səmərəli özəlləşdirilməsi, investorlara daha əlverişli şəraitin yaradılması və onlara göstərilən dövlət dəstəyi tədbirlərinin genişləndirilməsi məqsədilə İqtisadiyyat Nazirliyində yaradılmış İşçi qrupunun növbəti iclası keçirilib.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən verilən məlumata görə, iclasda Xidmətin rəis müavini, İşçi qrupunun rəhbəri Elçin Yusubov dövlət başçısının müvafiq Sərəncamı ilə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin özəlləşdirməyə açılmış müəssisə və obyektlərinin dövlətsizləşdirilməsi istiqamətində ötən dövr ərzində görülən işlər haqqında məlumat verib. Bildirilib ki, qeyd edilən müəssisə və obyektlərin əksəriyyəti artıq özəlləşdirilib və ya hərraclara çıxarılıb. Hazırda digər müəssisələrin özəlləşdirilməyə hazırlanması istiqamətində tədbirlər davam etdirilir. Qeyd edilib ki, “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının bəzi müəssisələrinin və balansında olan obyektlərin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2022-ci il tarixli Sərəncamı ilə daha 8 müəssisə və 3 əmlak kompleksi də özəlləşdirilməyə açılıb.

İclasda həmin aktivlərin də özəlləşdirilmə proseslərinin İşçi qrupunun fəaliyyət dairəsinə aid edilməsi məqsədəuyğun sayılıb.

Sonra “Aqrarkredit” QSC-nin özəlləşdirilməyə açılmış müəssisə və obyektləri barədə təqdimat olub, müəssisələrin fəaliyyəti barədə iclas iştirakçılarına ətraflı məlumatlar verilib.

İclas iştirakçıları “Azəripək” MMC-nin özəlləşdirilməyə hazırlanması ilə bağlı görülən işlər barədə məlumatlandırılıb, müəssisənin restrukturizasiyası barədə fikir mübadiləsi aparılıb.

Özəlləşdirilməsi nəzərdə tutulan müəssisələr haqqında ətraflı məlumat Xidmətin rəsmi saytında (emlak.gov.az) və “Özəlləşdirmə portalı”nda (privatization.az) yerləşdiriləcək.

VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?