12 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əhali üzrə təbii qaz istehlakçılarının 37 faizi smart kart tipli sayğaclarla təmin edilib

2023-cü ilin yanvar-avqust ayları ərzində əhali sektoru üzrə 1,620 milyon abonent 1 kubmetr təbii qazın istifadəsinə görə 12 qəpik ödəyib ki, bu da ümumi istehlakçıların 64,5 faizini təşkil edib.

vergiler.az” xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin abonentlərə xidmət şöbəsinin rəis müavini Vüqar Səmədov media və QHT nümayəndələrinin suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, hesabat dövründə istehlakçıların 794 143-ü 20 qəpik tarifini artıq keçib ki, bu da ümumi abonentlərin 31,6 faizidir.

“98 min abonent 25 qəpik tarifi ilə qazı istehlak edir ki, bu da ümumi əhali kateqoriyasından olan abonent sayının 3,9 faizi təşkil edir”, - deyə V. Səmədov bildirib.

Bildirilib ki, bu ilin sentyabrın 1-nə olan məlumata görə, “Azəriqaz” üzrə ümumi abonent sayı 2,554 milyona çatıb ki, onlardan 2,513 milyonu əhali kateqoriyasına aid abonentlərdir. Əhali kateqoriyasına aid abonentlərin 927 mini (36,9 faizi – red.) smart kart tipli sayğaclarla təmin edilib. Qeyri-əhali kateqoriyasına aid olan abonentlərin sayı 41 492 təşkil edir.

VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur?