2 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkar Vüqar Məmmədov: “Ölkədə sahibkarlıqla məşğul olmaq üçün hər cür şərait yaradılıb”

Azərbaycanda əlverişli biznes mühitinin formalaşdırılması, sahibkarlığın inkişafı üçün mühüm islahatların həyata keçirilməsi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayının artmasına səbəb olub.

Cari ilin iyulun 1-i vəziyyətinə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 1 milyon 275 mini ötüb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların əsas hissəsi Bakıda (27,0 faiz), Lənkəran-Astara (10,2 faiz), Qazax-Tovuz (7,8 faiz) və Mərkəzi Aran (7,0 faiz) iqtisadi rayonlarında qeydiyyata alınıb.

Fərdi sahibkarların 77,6 faizini kişilər, 22,4 faizini isə qadınlar təşkil edib.

Bu gün sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar arasında kənd təsərrüfatı sahəsi üzrə biznes qurmaq istəyənlərin sayı getdikcə çoxalır. Aqrar sahənin inkişafı üçün dövlət tərəfindən verilən dəstək və bu dəstəyin ildən-ilə gücləndirilməsi, stimullaşdırıcı tədbirlər bağçılığa olan marağı artırıb.

Bağçılıq sahəsində biznesini quran iş adamlarından biri də Vüqar Məmmədovdur. Samux rayonunun Qarabağlılar kəndində bağ sahəsi yaradan sahibkarın sözlərinə görə, əvvəllər Rusiyada çalışsa da sonradan Azərbaycanda sahibkarlar üçün yaradılmış şərait onu cəlb edib və bu səbəbdən ölkəmizdə bizneslə məşğul olmaq qərarına gəlib: “Kənd təsərrüfatı sahəsi üzrə fəaliyyət göstərdiyimdən, əminliklə deyə bilərəm ki, bu sahə üzrə sahibkarlıqla məşğul olmaq üçün hər cür şərait var, dövlət tərəfindən səmərəli şərtlər irəli sürülür. Xüsusilə aqrar sahədə məşğul olanlara subsidiyanın verilməsi çox təqdirəlayiqdir. Meyvəçilikdə hər hektar üçün 700 manat subsidiyanın verilməsi nəzərdə tutulub. Bu, bizim dərman və sair xərclərimizin əsas hissəsini ödəyir. Vergidən azadıq, bu, çox gözəl addımdır. Bundan əlavə, texnikaların alınmasında da subsidiyalar tətbiq edilir”.

V.Məmmədov qeyd edib ki, bu yardımlardan başqa, İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondunun xətti ilə dövlətdən çox aşağı faizlə 5 il müddətinə 300 min manata yaxın kredit alıb. Bu kredit bağın salınmasına sərf edilib.

Sahibkar əlavə edib ki, əsasən heyva, gilas, nektarin və şaftalı ağaclarından ibarət olan bağ yeni salındığından, bazara istənilən həcmdə məhsul çıxara bilmir. Lakin məhsulları çoxaldıqca xarici bazara da çıxmağı planlaşdırır və yaxın gələcəkdə buna nail olacağına ümid edir: “Gələcəkdə əldə etdiyimiz məhsulun həcmi artdıqda, təbii ki, soyuducuya ehtiyacımız olacaq. Yəqin ki, biz həmin mərhələyə gəlib çatana qədər subsidiya proqramları davam edəcək və biz də bundan səmərəli istifadə edəcəyik. Onu da vurğulamaq istərdim ki, bu gün Azərbaycan meyvələri, əsasən, Rusiyaya göndərilir. Hesab edirəm ki, yaxın gələcəkdə alternativ bazarlara çıxış imkanlarımızı da genişləndirməliyik”.

İlhamə İSABALAYEVA

VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi?