8 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Avropa şirkətləri Azərbaycandakı vergi mühitini müsbət qiymətləndirir

Alman-Azərbaycan Xarici Ticarət Palatası 2019-cu il üzrə Azərbaycanda biznes mühiti hesabatını açıqlayıb. Sənəddə Avropa İttifaqına (Aİ) daxil olan ölkələrin şirkətlərinin Azərbaycanda biznes mühiti ilə bağlı rəyləri yer alıb. Bu barədə Avropa İttifaqı-Azərbaycan Biznes Forumunda məlumat verən Alman-Azərbaycan Xarici Ticarət Palatasının Bazarın təhlili və kommunikasiya şöbəsinin rəhbəri Nigar Bayramlı bildirib ki, hesabatın hazırlanması üçün keçirilən soğruda 16 sektorun təmsilçisi iştirak edib. Onlara ölkəmizin iş mühitinin fərdi şirkətlərə təsirinin qiymətləndirilməsinə və şirkətlərin demoqrafik göstəricilərinə aid 20 sual verilib. Suallara onlayın qaydada 130 tam cavab alınıb. Eləcə də Azərbaycan iqtisadiyyatının 10 önəmli sektorunu təmsil edən 20 Aİ şirkəti ilə üzbəüz müsahibə keçirilib. Onlar 2018-ci ildə həyata keçirilən islahatların iqtisadiyyatın transformasiyası, investisiya mühitinin daha da yaxşılaşması baxımından əhəmiyyətli olduğunu bildiriblər. Hesabatda islahatların səmərəliliyini göstərən bir sıra göstəricilər yer alıb.

N.Bayramlının sözlərinə görə, Aİ ölkələri şirkətlərinin 65 faizi "ASAN xidmət"in tərkibindəki müxtəlif xidmətləri müsbət qiymətləndiriblər: "Davamlı strukturlaşma, müasirləşmə ilə bağlı gömrük orqanlarından bu il də gözləntilər çoxdur. Xüsusilə elektron bəyannamələrin tətbiqi vurğulanıb, respondentlərin yarısı buna müsbət qiymət verib".

Avropa şirkətləri ölkədə vergi islahatları paketini də müsbət dəyərləndiriblər. N.Bayramlı vurğulayıb ki, yeni rəhbərliyin həyata keçirdiyi tədbirlər proseslərə münasibətdə müsbət ab-hava yaradır. Respondentlərin 45 faizi yeni vergi qanunveriliyinə müsbət reaksiya verib. Ötən il bu rəqəm 43 faiz olub. Avropa şirkətləri vergi orqanları ilə münasibətlərdə də müsbət addımlar atıldığını qeyd ediblər: "Vergilərin azaldılması istiqamətində addımlar atılır, vergi stimullarının tətbiq edilməsində, şəffaflığın artırılması və vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın gücləndirilməsi də Aİ şirkətləri üçün Azərbaycanda yeni bir dönəm yaradıb. Vergi siyasəti, vergi orqanları ilə bağlı sorğular hesabatda yüksək qiymət alıb". Hesabatda biznes mühitinə aid əsas göstəricilər də yer alıb. Aİ şirkətlərinin fikrincə, vergi, gömrük orqanları ilə əməkdaşlıqda müsbət dəyişiklər müşahidə olunur. Bu, siyasi sabitlik və inteqrasiya siyasəti ilə uzlaşır və şirkətlər tərəfindən yüksək qiymətləndirilib.

vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın gücləndirilməsi

Aİ şirkətləri üçün Azərbaycanda yeni bir dönəm yaradıb

N.Bayramlı Aİ ölkələrinin Azərbaycandakı əmək bazarının vəziyyətinə münasibətini də açıqlayıb: "Təəssüf ki, akademik təhsil və texniki peşə təlimi kritik məsələ kimi qeyd edilib. Bir çox respondentlər bunu orta və qeyri-qənaətbəxş səviyyədə qiymətləndiriblər. Texniki peşə təhsili ilə bağlı Aİ-nin də bir sıra layihələri var. Şirkətlər düşünürlər ki, təhsil islahatlarının bəhrə verməsi üçün bir neçə il gözləmək lazımdır. Şirkətlər təhsil strategiyalarının konkret fəaliyyətə çevrilməsində daha fəal və səmərəli olmasını gözləyirlər".

Aİ şirkətləri təhsil sistemində rəqəmsallaşma problemini də qabardıblar. Onlar bu layihələrdə iştirak etmək arzusunda olduqlarını açıqlayıblar. Avropa şirkətləri Azərbaycanda təhsil sisteminin müasirləşməsinə investisiya yatırmaq üçün dövlət-özəl sektor platformasının yaradılmasını təklif ediblər.

Sorğuda iştirak edən Aİ şirkətlərinin Azərbaycana yenidən investisiya qoymaq imkanları da araşdırılıb. Onların 75 faizi sorğuya müsbət cavab verib.

Fərqanə ALLAHVERDİQIZI

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?