26 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkar İlqar Əliyev: "Avropa bazarlarına çıxmaq üçün beynəlxalq sertifikatlar almağa çalışırıq

“Azərbaycanda sahibkarlığın inkişafı üçün göstərilən dəstəyə görə dövlətimizdən çox razıyıq. Dövlət ölkəmizdə sahibkarlığın inkişafı üçün hər cür şərait yaradıb, sahibkarlara güzəştli şərtlərlə kreditlər verir”.

Bunu “vergiler.az”a 5 ildir ki, Qubada intensiv bağçılığın inkişafı ilə məşğul olan "NİAB" MMC-nin rəhbəri İlqar Əliyev deyib. Onun sözlərinə görə, bağçılığın inkişafı məqsədilə Sahibkarlığın İnkişafı Fondundan ümumi investisiya dəyəri 7 795 713 manat layihənin maliyyələşdirilməsi üçün 2 000 000 manat kredit alıb: “Bizə göstərilən etimadı doğruldaraq kreditlərimizi vaxtlı-vaxtında ödəyirik. Bu vəsait bağçılığımızın inkişafına çox böyük yardım etdi. Dövlətin yardımı olmasaydı, bu gün bağımızda meyvə yetişdirib ərsəyə gətirə bilməzdik. Bu kredit bizə 32 yeni iş yerinin açılmasına da şərait yaratdı. İşçilərin əməkhaqları kart hesabı ilə ödənilir, bir sözlə, fəaliyyətimizi qanuni şəkildə davam etdiririk”.

İ.Əliyev qeyd edib ki, hazırda meyvələrini daxili bazarla yanaşı, Rusiya bazarına da çıxarırlar: “Bağımızda alma, gavalı, nektarin, armud, gilas yetişdiririk. Bizim meyvələrimiz hətta İngiltərəyə də göndərilir. Hazırda meyvələrimizin Avropa bazarlarına çıxarılması üçün beynəlxalq sertifikatlar almağa çalışır, xarici şirkətlərlə müqavilələr bağlayır, təklifləri dəyərləndiririk”.

İlhamə İSABALAYEVA

VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?