25 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

"Azexport" portalı beynəlxalq "TransCaspian 2019" sərgisində

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Azexport" portalı XVIII Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika - "TransCaspian 2019" və IX Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat - "Road & Traffic 2019" sərgilərində "Səyyar Xidmət Mərkəzi" ilə təmsil olunur. Qeyd edək ki, sərgidə Azərbaycan, Belarus, Rusiya, Türkiyə, Ukrayna və bir sıra digər ölkələri təmsil edən 75 şirkət iştirak edir.

"Azexport" portalının meneceri Ayxan Qədəşov bildirib ki, beynəlxalq sərgidə iştirak əməkdaşlıq baxımından çox önəmlidir: "Azexport" portalı fəaliyyət göstərdiyi 3 il müddətində 1 milyard ABŞ dollarından artıq ixrac sifarişi alaraq yerli istehsalçılara təqdim edib. Sifarişlər Avropa və Ərəb ölkələri ilə yanaşı, Amerika və Okeaniya ölkələrindən də daxil olub. Portala daxil olan sifarişlərin yerinə yetirilməsi üçün beynəlxalq yükdaşıma şirkətləri ilə sıx əməkdaşlıq çox önəmlidir. Bu səbəbdən, "Azexport" digər aidiyyəti sərgilərdə olduğu kimi, bu sərgidə də öz "Səyyar xidmət mərkəzi" ilə təmsil olunub. Sərgi ərəfəsində yerli və xarici ziyarətçilərə portalın imkanları barədə məlumatlar təqdim olunur."

Əlavə edək ki, sərginin ilk günündən "Səyyar xidmət mərkəzi" vasitəsilə 10-dək yeni şirkətlə əməkdaşlıq üzrə ilkin danışıqlara başlanılıb.

VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?