22 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

186 min manatdan çox vəsait istehlakçılara geri qaytarılıb

Bu ilin yanvar-iyun ayları ərzində istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahəsində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olan 1274 müraciət təmin edilib.

Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı xəbər verir ki, bu barədə Xidmətin rəisi Məmməd Abbasbəyli “Twitter” hesabında yazıb.

Xidmət rəisi bildirib ki, təmin edilən müraciətlər üzrə 186 010 manat vəsait sahibkarlıq subyektləri tərəfindən istehlakçılara geri qaytarılıb, 34 687 manat dəyərində dəymiş ziyan ödənilib.

“Ötən ilin müvafiq dövrü ilə müqayisədə təmin edilən istehlakçı müraciətlərinin sayında 7,5 faiz artım olub. Belə ki, ötən ilin müvafiq dövründə Dövlət Xidmətinə daxil olmuş 1185 müraciət təmin olunub, 169 286 manat vəsait istehlakçılara qaytarılıb, 15 080 manat dəyərində dəymiş ziyan ödənilib”, - M.Abbasbəyli əlavə edib.

VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur?