Bu ilin yanvar-iyun ayları ərzində istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahəsində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olan 1274 müraciət təmin edilib.
“Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı xəbər verir ki, bu barədə Xidmətin rəisi Məmməd Abbasbəyli “Twitter” hesabında yazıb.
Xidmət rəisi bildirib ki, təmin edilən müraciətlər üzrə 186 010 manat vəsait sahibkarlıq subyektləri tərəfindən istehlakçılara geri qaytarılıb, 34 687 manat dəyərində dəymiş ziyan ödənilib.
“Ötən ilin müvafiq dövrü ilə müqayisədə təmin edilən istehlakçı müraciətlərinin sayında 7,5 faiz artım olub. Belə ki, ötən ilin müvafiq dövründə Dövlət Xidmətinə daxil olmuş 1185 müraciət təmin olunub, 169 286 manat vəsait istehlakçılara qaytarılıb, 15 080 manat dəyərində dəymiş ziyan ödənilib”, - M.Abbasbəyli əlavə edib.