26 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda Halal Biznes və Turizm Forumu keçiriləcək

İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının (ICCIA) Direktorlar Şurasının 35-ci iclası çərçivəsində Azərbaycan Halal Biznes və Turizm Forumunun keçirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.

“Caspian Event Organisers”dən “vergiler.az”a verilən məlumata görə, Anlaşma Memorandumunun imzalanması Bakıda keçirilən İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının 35-ci iclasının açılış mərasimində baş tutub. Sənədi Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, İslam Biznesi Beynəlxalq Assosiasiyasının prezidenti Marat Kabayev, ICCIA-nın Baş katibi Yusif Xələvi və “Caspian Event Organisers” MMC-nin icraçı direktoru Bəhruz Hidayətzadə imzalayıblar.

Anlaşma Memorandumu 2024-cü ildə Azərbaycan Halal Biznes və Turizm Forumunun keçirilməsi ilə əlaqəli məsələlər üzrə birgə fəaliyyəti, müştərək layihələrin icrası məqsədilə tədbirlərin keçirilməsi üzrə qarşılıqlı əməkdaşlığı tənzimləyir.

VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?