11 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Boston Consulting Group” şirkətinin idarəedici direktoru və baş tərəfdaşı ilə görüş keçirilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov 28-ci Bakı Eneri Forumunda iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan “Boston Consulting Group” (BCG) şirkətinin idarəedici direktoru və baş tərəfdaşı Pattabi Seşadri ilə görüşüb.

Nazirlikdən “vergiler.az”a verilən məlumata görə, nazir ölkəmizin iqtisadi prioritetləri, həyata keçirilən layihələr, o cümlədən, enerji layihələri barədə məlumat verib, yeni iqtisadi çağırışlar şəraitində dayanıqlı inkişaf istiqamətləri, enerji təhlükəsizliyi və transformasiyası, “yaşıl enerji”, karbonsuzlaşma və potensial sahələr üzrə təcrübə mübadiləsi üçün imkanları qeyd edib.

BCG şirkətinin idarəedici direktoru və baş tərəfdaşı Pattabi Seşadri təmsil etdiyi şirkətin fəaliyyət istiqamətləri barədə danışıb, tərəfdaşlıq potensialı barədə fikirlərini bölüşüb.

Görüşdə potensial əməkdaşlıq istiqamətlərinə dair təcrübə mübadiləsi barədə müzakirələr aparılıb.

Qeyd edək ki, qlobal konsaltinq şirkəti olan BCG-nin baş ofisi ABŞ-ın Massaçusets ştatının Boston şəhərində yerləşir. Qlobal şəbəkəyə malik şirkətin 50 ölkədə 90-dan çox ofisi var. BCG 2010-cu illərin əvvəllərindən Azərbaycanda tərəfdaşlarla əməkdaşlıq etməyə başlayıb. BCG-nin konsaltinq xidmətləri Azərbaycanda yerli, beynəlxalq və dövlət sektoru şirkətlərini əhatə edir.

VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur?