27 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Heydər Əliyev və iqtisadi islahatlar” mövzusunda seminar keçirilib

Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri üçün “Heydər Əliyev və iqtisadi islahatlar” mövzusunda seminar keçirilib.

Nazirlikdən “vergiler.az”a verilən məlumata görə, ənənəvi və onlayn media təmsilçilərinin iştirak etdiyi tədbirdə Nazirliyin İqtisadi siyasət şöbəsinin əməkdaşı Fəridə Əhmədova və Nazirliyin tabeliyində İqtisadi Elmi Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Şükür Quliyev mövzu ilə bağlı çıxış edərək, Ümummilli Liderin ölkəyə rəhbərlik etdiyi dövrdə həyata keçirdiyi iqtisadi siyasətin müxtəlif aspektləri, aparılan nəticəyönümlü islahatlar və bunun Azərbaycanın müstəqil dövlət kimi güclənməsində, qüdrətinin artmasında həlledici rolu barədə iştirakçıları məlumatlandırıblar. Vurğulanıb ki, milli iqtisadiyyatın formalaşmasında, bazar iqtisadiyyatının ölkəmizdə bərqərar olmasında Heydər Əliyevin misilsiz xidmətləri olub. İqtisadi məsələlərin mahiyyətini dərindən dərk edən Ulu Öndər bu sahədə qabaqcıl dünya təcrübəsinin Azərbaycanda tətbiqinə böyük əhəmiyyət verirdi. Dahiyanə neft strategiyasının uğurla həyata keçirilməsindən əlavə, sənayenin müxtəlif sahələrinin, xüsusilə qabaqcıl texnika və texnologiyalar əsasında müxtəlif sahələrin inkişafı diqqət mərkəzində olub. Özəlləşdirmənin, torpaq islahatlarının həyata keçirilməsində, sahibkarlığın inkişafında və milli sahibkarlar təbəqəsinin formalaşmasında Ümummilli Liderin islahatları əsaslı zəmin yaradıb.

Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən uzaqgörən siyasət Azərbaycanın gələcək inkişafını, iqtisadi qüdrətini təmin edib. Hazırda ölkəmiz dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirib, Cənubi Qafqazın aparıcı dövlətinə, regionda gerçəkləşdirilən transmilli layihələrin təşəbbüskarı və fəal iştirakçısına çevrilib.

Seminarda media nümayəndələrinin sualları cavablandırılıb, həmçinin, Ulu Öndərin həyat və fəaliyyətinə həsr edilmiş film nümayiş etdirilib.

VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?