12 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ötən ay Naxçıvan şəhərində əmlakın qeydiyyatı üzrə 126 texniki sənəd hazırlanıb

Cari ilin aprel ayı ərzində Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsi tərəfindən əmlakın qeydiyyatı üzrə 126 texniki sənəd hazırlanıb.

Xidmətdən “vergiler.az”a verilən məlumata görə, vətəndaşlara təqdim edilən texniki sənədlərdən 64-ü fərdi yaşayış evi, 20-si mənzil olmaqla, 84-ü daşınmaz əmlak obyektinin texniki pasportu, 42-si isə torpaq sahəsinin plan-ölçüsü olaraq hazırlanıb.

Əmlaklara dair sənədlərin hazırlanması zamanı 10 bölgü planı, 10 müayinə aktı tərtib edilərək arxiv sənədlərinə əlavə olunub.

Şəhər üzrə daşınmaz əmlakın qiymətləndirilməsi ilə bağlı 5 əmlakın qiymətləndirilməsi icra edilib, qiymətləndirilmələrə dair hesabatlar hazırlanıb. Həmçinin, bələdiyyələrin müraciəti əsasında torpaq sahələrinə dair rəy və plan-sxemlər hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.

VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur?