8 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Serbiya ilə kənd təsərrüfatı sahəsi üzrə işçi qrup yaradılacaq

Azərbaycan və Serbiya arasında kənd təsərrüfatı sahəsi üzrə işçi qrup yaradılacaq.

Azərbaycan Sahibkarlar Konfederasiyasından (ASK) “vergiler.az”a verilən məlumata görə, bunu Serbiyanın Azərbaycandakı səfiri Draqan Vladisavljeviç ASK-nın prezidenti Məmməd Musayevlə görüşü zamanı deyib.

Səfir ticarət, kənd təsərrüfatı, nəqliyyat, tikinti və turizm sahələrində əməkdaşlıqda maraqlı olduqlarını və bu istiqamətdə ASK-nın dəstəyi ilə özəl sektorlar arasında əlaqələrin qurulmasını təklif edib.

Orta Dəhlizin perspektivi barədə fikirlərini bölüşən səfir bu dəhlizdə iştiraka maraq göstərdiklərini söyləyib. O, Bakıdan Belqrada birbaşa uçuşların açılacağı barədə məlumat verərək, nəticədə turizm sektorunun inkişaf edəcəyini bildirib.

VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır?