Nəm salfetlərin istehsalı layihəsi üzrə güzəştli kredit ayrılıb
Sahibkarlığın İnkişafı Fondu tərəfindən nəm salfetlərin istehsalı layihəsi üzrə 200 min manat güzəştli kredit ayrılıb.
Fonddan “vergiler.az”a verilən məlumata görə, güzəştli kredit “V-VVV” MMC-yə verilib.
Layihənin maliyyələşdirilməsi “Bank Respublika” ASC vasitəsilə həyata keçirilib.