15 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Növbəti hərraca 40 dövlət əmlakı çıxarılıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən mayın 30-da keçiriləcək növbəti hərraca çıxarılan 40 əmlakdan 3-ü səhmdar cəmiyyətinin səhm paketi, 12-si kiçik dövlət müəssisəsi və obyekti, 25-i isə nəqliyyat vasitəsidir.

Dövlət Xidmətindən “vergiler.az”a verilən məlumata görə, hərracda iştirak edəcək şəxslər təmir və nəqliyyat sahələri üzrə “Azinterservis”, “Yevlax Tikinti Quraşdırma” və “Xaçmaz Mexanizasiya Nəqliyyat” səhmdar cəmiyyətlərinin səhmlərini özəlləşdirə bilərlər. Səhmdar cəmiyyətlərin nizamnamə kapitalı 65 000 manatla 886 154 manat arasında dəyişir. Dövlət əmlaklarının əksəriyyəti torpaq sahələri ilə birgə özəlləşdirilməyə çıxarılıb.

Hərraca çıxarılan nəqliyyat vasitələri əsasən Rusiya və Çexiya istehsalıdır.

Mayın 30-da keçiriləcək hərraca çıxarılan dövlət əmlaklarının tam siyahısı ilə https://clck.ru/33TqtH linki vasitəsilə tanış olmaq olar.

Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir?