26 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Gömrük xətti ilə büdcə daxilolmaları 25 faizədək artıb

Bu ilin yanvar-aprel ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 2 046 681,4 min manat daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,7 faiz çoxdur.

"vergiler.az"ın Komitənin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 21 faiz artaraq 496,589.2 min manat təşkil edib.

ƏDV üzrə daxilolmalar isə 25,2 faiz artaraq 1 470 764,3 min manata bərabər olub. Aksizlər üzrə cari ilin ilk üç ayında daxilolmalar 56,3 faiz artaraq 62 297,4 min manat təşkil edib. Yol vergisi üzrə daxilolmaların həcmi 17 030,5 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 1,5 faiz çoxdur.

Bu ilin aprel ayında Komitənin xətti ilə dövlət büdcəsinə 501 711,4 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2022-ci ilin eyni ayı ilə müqayisədə 22,5 faiz çox, bu ilin mart ayı ilə müqayisədə isə 6,4 faiz azdır.

Apreldə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin eyni ayı ilə müqayisədə 21,1 faiz artaraq 130 507,3 min manat olub. Mart ayı ilə müqayisədə isə bu göstərici 5,1 faiz artıb.

Bununla yanaşı, cari ilin aprel ayı ərzində ƏDV üzrə daxilolmalar ötən ilin eyni ayı ilə müqayisədə 22,1 faiz artaraq 349 830,0 min manat (bu ilin mart ayı ilə müqayisədə 10,9 faiz az), aksizlər üzrə 71,6 faiz artaraq 18 309,0 min manat (mart ilə müqayisədə 28,7 faiz çox), yol vergisi üzrə daxilolmalar isə 34 faiz azalaraq 3 065,1 min manat (mart ilə müqayisədə 40,7 faiz az) təşkil edib.

VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?