19 Fevral 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadiyyat nazirinin birinci müavini Dünya İqtisadi Forumu - 2023-ün İnkişaf Sammitində iştirak edib

İsveçrənin Cenevrə şəhərində Dünya İqtisadi Forumu - 2023-ün İnkişaf Sammiti keçirilib.

İqtisadiyyat Nazirliyindən “vergiler.az”a verilən məlumata görə, müxtəlif ölkələrin rəsmilərinin, dünya biznesinin və beynəlxalq təşkilatların nümayəndələrinin qatıldığı tədbir çərçivəsində qlobal iqtisadi əməkdaşlıq, dayanıqlı və inklüziv iqtisadi siyasət, Dördüncü Sənaye İnqilabı texnologiyalarının məşğulluq sahəsi üçün yaratdığı çağırış və fürsətlər və s. mövzulara dair 51 sessiya keçirilib, Dünya İqtisadi Forumunun “İş yerlərinin gələcəyi - 2023” hesabatı təqdim edilib.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev “İş yerlərinin gələcəyi”, “Bölünmə şəraitində inkişafın təşviqi”, “Yeni iqtisadiyyat və cəmiyyət” sessiyalarında, habelə Forumun “Qlobal Bərabərlik Konsorsiumu”nun sessiyasında iştirak edib.

İştirakçılara “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, həmçinin, əlverişli işgüzar mühit, özəl sektorun inkişafı, işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialı, Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin Azərbaycan Mərkəzinin fəaliyyəti, rəqəmsal iqtisadiyyat sahəsində görülən işlər və s. tədbirlər barədə ətraflı məlumat verilib. Sammitin sessiyalarında dünya iqtisadiyyatında yeni trendlər və yanaşmalar, sosial rifahın yüksəldilməsi məqsədilə həyata keçirilən tədbirlər və digər məsələlər barədə müzakirələr aparılıb.

Sammit çərçivəsində iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Dünya İqtisadi Forumunun icraçı direktorları Mirek Duşek və Saadiya Zahidi, eləcə də ABŞ-ın onlayn təhsil platforması “Coursera” şirkətinin nümayəndələri ilə görüşlər keçirib, əməkdaşlığın yeni mümkün istiqamətləri barədə fikir mübadiləsi aparılıb. “Coursera” şirkəti ilə keçirilən görüşdə Dördüncü Sənaye İnqilabı sahəsində əməkdaşlıq barədə ilkin razılıq əldə olunub.

VergiXarici ölkə vətəndaşları Azərbaycanda necə VÖEN ala bilərlər? VergiAtası əlil olan şəxsə əmlak vergisinə görə güzəşt verilirmi? VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi