13 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İşsiz vətəndaşlar üçün təlimlər başa çatıb

2019-cu ildə özünüməşğulluq proqramına cəlb edilmiş işsiz və işaxtaran vətəndaşlar üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin birgə təşkil etdiyi təlimlərə yekun vurulub.

Nazirlikdən verilən məlumata görə, təlimlər Bakı ilə yanaşı, Gəncə şəhərində, Yevlax, Qəbələ, Quba, Qusar, Siyəzən və Xaçmaz rayonlarında fəaliyyət göstərən "KOB Dostu" ofislərində təşkil edilib. İştirakçılara Agentliyin fəaliyyəti, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlər, dəstək tədbirləri, həmçinin "KOB Dostu" mexanizmi barədə məlumatlar verilib. Təlimlər zamanı özünüməşğulluq proqramı, biznes planların hazırlanması və hüquqi məsələlər də tədris olunub.

Qeyd edək ki, özünüməşğulluq proqramına qoşulmaq istəyən şəxslər məşğulluq mərkəzləri ilə yanaşı, Agentliyin "KOB Dostları"na da müraciət edə bilərlər. Buraya müraciət edən şəxslərə özünüməşğulluq proqramı barədə ətraflı məlumatlar verilir, onların proqrama qoşulmasına dəstək göstərilir.

Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir?