25 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Con Linus: “Azərbaycan kimi gözəl təbiəti, təbii sərvətləri olan ölkələrdə turizmin inkişafı qaçılmazdır”

Keniya ilə Azərbaycan arasında turizm sahəsində əməkdaşlıq üçün əhəmiyyətli potensial mövcuddur. Bunu “vergiler.az”a keniyalı iqtisadçı ekspert, Hult Prize Universitetinin əməkdaşı, Yaşıl Dünya Fondunun təsisçisi Con Linus deyib.

“Hər iki ölkə turistləri cəlb edə biləcək unikal və müxtəlif təbiət mənzərələrinə və mədəni irsə malikdir”, - ekspert qeyd edib.

Onun sözlərinə görə, turizmin cəlbediciliyini artırmaq üçün turizmin təşviqi, təcrübə mübadiləsi və birgə marketinq təşəbbüsləri kimi potensial əməkdaşlıq sahələrini araşdırmaq iki ölkə üçün faydalı olardı.
“Təəccüblü deyil ki, Azərbaycanın zəngin tarixi, mədəni və təbii irsi bu gün dünyanın bir çox ölkələrindən milyonlarla turisti cəlb edir. Xəzər dənizi, mülayim iqlim və təbiət ölkədə çimərlik, aktiv və ov turizminin inkişafı üçün əsas təşkil edir”, - o, deyib.

Ekspertin fikrincə, Azərbaycan kimi gözəl təbiəti, təbii sərvətləri olan ölkələrdə turizmin inkişafı qaçılmazdır.

“Azərbaycan və Keniya arasında birbaşa uçuşların təşkili turizm sənayesinin inkişafına da töhfə verə bilər”, - Con Linus deyib.

Tamilla MƏMMƏDOVA

VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?