17 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Kiçik sahibkarlara daxili bazar araşdırmaları üçün vəsait ayrılacaq

Prezident İlham Əliyev "Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədilə daxili bazar araşdırmalarına dövlət dəstəyi göstərilməsi Qaydası"nın təsdiq edilməsi haqqında fərman imzalayıb. 

Bu qaydaların əsas məqsədləri KOB subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması üçün onlara daxili bazarın mövcud vəziyyətinin öyrənilməsində maliyyə və informasiya dəstəyinin göstərilməsinə, özəl sektorda məhsul istehsalının artırılmasına, rəqabətqabiliyyətli məhsullar istehsal edən yeni müəssisə və obyektlərin yaradılmasına nail olmaqdır.

Qaydalara əsasən, dəstək tədbirlərinin təşkilini və dəstək məbləğinin ödənilməsini Kiçik və Orta Biznesin İnkişafı Agentliyi həyata keçirəcək. Hər bir daxili bazar araşdırmasının aparılmasına görə ödənilən məbləği 20 min manatdan artıq ola bilməz. Mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80 faizi maliyyələşdirilir, qalan hissəsini isə müraciət edən subyekt özü ödəməlidir.

Dəstək tədbiri dedikdə, daxili bazar tendensiyalarının iqtisadi, siyasi, texnoloji, hüquqi, sosial, bazar faktorlarının araşdırılması vasitəsilə öyrənilməsinin təşkili və maliyyələşdirilməsi, habelə bu sahədə müxtəlif təlimlərin və seminarların keçirilməsi, təlim prosesində informasiya dəstəyinin göstərilməsi nəzərdə tutulur. Azərbaycan Respublikasında vergi ödəyicisi kimi uçota alınmış və müəyyən edilmiş meyarlara cavab verən KOB subyektləri dəstəkdən yararlana biləcəklər. Daxili bazar araşdırmalarının aparılmasına "Dövlət satınalmaları haqqında" Qanuna uyğun olaraq bağlanmış müqavilə əsasında ixtisaslaşmış yerli və xarici hüquqi və fiziki şəxslər (fərdi sahibkarlar) cəlb ediləcək.

Qaydaların tam mətnini buradan əldə edə bilərsiz:
https://azertag.az/xeber/

VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər?