11 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

3 qadın sahibkara mükafatlar verilib

Qadınların sahibkarlıq fəaliyyətinin təşviq olunması və onlara dəstək məqsədilə həyata keçirilən “Biznesdə qadınların gücü” layihəsi başa çatıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) “vergiler.az”a verilən məlumata görə, layihənin yekunlarına həsr olunan tədbirdə müvafiq qurumların nümayəndələri və layihə iştirakçısı olan qadın sahibkarlar iştirak ediblər.

2022-ci ilin noyabrından start götürən layihədə iştirak etmək üçün 134 qadın sahibkar müraciət edib. Onların arasından müvafiq meyarlara uyğun olan, sənaye, kənd təsərrüfatı, ticarət və xidmət sahələrində fəaliyyət göstərən 23 iştirakçı seçilib. Layihə müddətində qadın sahibkarlar biznes biliklərinin artırılması üçün 10-dək müxtəlif təlimlərə cəlb edilib, onlara məsləhət xidməti və mentor dəstəyi göstərilib.

Münsiflər heyətinin qərarına əsasən seçilən 3 qadın sahibkara mükafatlar verilib. Təqdim etdiyi layihənin inkişaf etdirilməsi üçün 1-ci yerin qalibinə 5000 manat, 2-ci yerə 3000 manat, 3-cü yerə isə 2000 manat təqdim olunub.

VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur?