20 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Macarıstanda "Məlumat mübadiləsi auditorların nöqteyi-nəzərindən" mövzusunda seminar keçirilib

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) və Macarıstanın Maliyyə Nazirliyinin birgə təşkil etdiyi seminarda dünyanın 11 ölkəsinin maliyyə, vergi və gəlirlər administrasiyalarından nümayəndələr iştirak ediblər.

Seminar OECD-nin "Vergi sahəsində şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forum"unun sorğu əsasında və avtomatik məlumat mübadiləsi standartları, məlumat mübadiləsinin konsepsiyaları və hüquqi tənzimlənməsi, məlumat mübadiləsi zamanı məxfiliyin təmin olunması, benefisiar mülkiyyətçinin müəyyən edilməsi, sorğunun hazırlanması zamanı diqqət yetirilməli məqamlar, Ümumi Hesabatlılıq Standartının (CRS) tətbiqi və xüsusiyyətləri, həmçinin avtomatik məlumat mübadiləsinin digər formalarına həsr edilib.

Vergilər Nazirliyinin Beynəlxalq vergitutma və vergi monitorinqi departamentinin Maliyyə institutlarında vergi monitorinqi şöbəsinin baş dövlət vergi müfəttişi Elxan Əhmədzadə seminarda təqdimatla çıxış edərək, Azərbaycanın tərəfdar çıxdığı ikiqat vergitutmanın aradan qaldırılması, vergi sahəsində məlumat mübadiləsi və inzibati yardım haqqında ikitərəfli və çoxtərəfli sazişlər (razılaşmalar), vergi məsələləri üzrə qarşılıqlı yardım göstərilməsinə dair prosedur qaydaları barədə iştirakçılara geniş məlumat verib.

VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi?