Seminar OECD-nin "Vergi sahəsində şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forum"unun sorğu əsasında və avtomatik məlumat mübadiləsi standartları, məlumat mübadiləsinin konsepsiyaları və hüquqi tənzimlənməsi, məlumat mübadiləsi zamanı məxfiliyin təmin olunması, benefisiar mülkiyyətçinin müəyyən edilməsi, sorğunun hazırlanması zamanı diqqət yetirilməli məqamlar, Ümumi Hesabatlılıq Standartının (CRS) tətbiqi və xüsusiyyətləri, həmçinin avtomatik məlumat mübadiləsinin digər formalarına həsr edilib.
Vergilər Nazirliyinin Beynəlxalq vergitutma və vergi monitorinqi departamentinin Maliyyə institutlarında vergi monitorinqi şöbəsinin baş dövlət vergi müfəttişi Elxan Əhmədzadə seminarda təqdimatla çıxış edərək, Azərbaycanın tərəfdar çıxdığı ikiqat vergitutmanın aradan qaldırılması, vergi sahəsində məlumat mübadiləsi və inzibati yardım haqqında ikitərəfli və çoxtərəfli sazişlər (razılaşmalar), vergi məsələləri üzrə qarşılıqlı yardım göstərilməsinə dair prosedur qaydaları barədə iştirakçılara geniş məlumat verib.