26 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan və Tatarıstan neft-qaz sahəsində əməkdaşlığı genişləndirə bilər

Tatarıstan Azərbaycana neft hasilatını artıracaq, eyni zamanda xərcləri azaldacaq innovativ layihə təklif edib.

Bu barədə “Azərbaycan İqtisadiyyatı” Telegram kanalına “Tatarıstan Respublikasının Sənaye Klasteri” Assosiasiyasının İdarə Heyətinin sədri Sergey Mayorov məlumat verib.

Onun sözlərinə görə, bu təşəbbüslə Tatarıstan müəssisələrindən biri çıxış edib. Bu şirkətlə “Azneft” İstehsalat Birliyi arasında müvafiq danışıqlar davam edir və artıq sınaq proqramı imzalanıb.

“Ümid edirik ki, saziş imzalandıqdan sonra Rusiyadakı neft şirkətlərinin istifadə etdiyi bu texnologiya Azərbaycanda da tətbiq olunacaq”, - deyə S.Mayorov bildirib.

Assosiasiyanın İdarə Heyətinin sədri texnoloji həllin sifarişçinin tələblərinə cavab verdiyi təqdirdə, Azərbaycanda istehsalın lokallaşdırılmasının mümkünlüyünü istisna etməyib.

“Biz həmişə müəssisələrimizi istehsalı satış nöqtəsinə yaxınlaşdırmağa təşviq edirik. Mən Azərbaycan şirkətlərinə də bunu təklif etmək istərdim. Təkcə 2022-ci ildə Tatarıstanın ümumi regional məhsulunun həcmi 4,7 trilyon rubl təşkil edib. Biz çox şey alırıq və istərdik ki, Azərbaycan müəssisələrinin istehsal etdiyi innovativ məhsullar Tatarıstan bazarında olsun. Bu, təkcə Rusiya bazarında deyil, həm də dünya bazarında müəssisələrimizin rəqabət qabiliyyətini artırmaq üçün lazımdır. Ona görə də innovasiyaların mübadiləsi çox vacibdir və biz əməkdaşlığa açığıq”, - deyə S.Mayorov əlavə edib.

VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?