11 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Edvard Mvaba Ndalama: “Azərbaycan ilə Afrika ölkələri arasında yeni investisiya imkanları və tərəfdaşlıqlar yaranacaq”

Azərbaycana investisiya qoymaq istəyən afrikalı investorlar Azərbaycan iqtisadiyyatının bir çox sahələrini potensial olaraq gəlirli hesab edirlər.

Bunu “vergiler.az”a Biznesin Davamlılığı və İnnovasiyalar Mərkəzinin Afrika üzrə prezidenti Edvard Mvaba Ndalama deyib.

“Neft və qaz istehsalçısı olan Azərbaycanın enerji sektoru afrikalı investorlar üçün cəlbedici ola bilər. Mən kəşfiyyat və hasilat layihələrinə, eləcə də böyümə potensialına malik günəş və külək enerjisi kimi bərpa olunan enerji mənbələri təşəbbüslərinə investisiyaları nəzərdə tuturam.

Azərbaycanın kənd təsərrüfatı sektoru modernləşdirmə, suvarma sistemləri, qida emalı və yeni texnologiyaların inkişafı kimi sahələrə investisiya qoymaq imkanları təklif edir. Kənd təsərrüfatı sahəsində təcrübəsi olan afrikalı investorlar bu imkanlardan istifadə edə bilərlər”, - ekspert deyib.

O, vurğulayıb ki, Azərbaycan infrastrukturun, o cümlədən nəqliyyat şəbəkələrinin, yolların, körpülərin və şəhərsalma layihələrinin inkişafına sərmayə qoyur. Afrikalı investorlar ya birbaşa investisiyalar, ya da dövlət-özəl sektor tərəfdaşlığı yolu ilə bu layihələrdə iştirak edə bilər.

“Bundan əlavə, Azərbaycan İKT sektorunun inkişafına xüsusi diqqət ayırır və telekommunikasiya, proqram təminatının inkişafı, e-ticarət kimi sahələrdə artım potensialı var. Afrikalı investorlar bu ölkənin artmaqda olan rəqəmsal iqtisadiyyatından faydalanmaq imkanlarını araşdıra bilərlər”, - Edvard Mvaba Ndalama qeyd edib.

İstehsalın inkişafı və iqtisadiyyatın şaxələndirilməsi üçün Azərbaycanda bir neçə sənaye parkının və azad iqtisadi zonanın yaradıldığına diqqət yönəldən ekspert bildirib ki, afrikalı investorlar bu zonalarda təklif olunan vergi güzəştləri və sadələşdirilmiş gömrük prosedurları kimi güzəştlərdən yararlana bilərlər.

“Azərbaycan ilə Afrika ölkələri arasında iqtisadi əlaqələr artmaqda davam etdikcə iqtisadiyyatın müxtəlif sahələrində yeni investisiya imkanları və tərəfdaşlıqlar yaranacaq”, - Edvard Mvaba Ndalama deyib.

Tamilla MƏMMƏDOVA

VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur?