12 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Ağıllı Sənaye Hazırlığı İndeksi” (SIRI) qiymətləndirmə metodunun tətbiqinə başlanılıb

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) ölkəmizdə fəaliyyət göstərən şirkət və müəssisələrdə rəqəmsal hazırlığın ölçülməsi və rəqəmsallaşmanın sürətləndirilməsi istiqamətində tədbirlərini davam etdirir.

İqtisadiyyat Nazirliyindən "vergiler.az"a bildirilib ki, 4SİM ilə Dünya İqtisadi Forumunun Türkiyə Respublikasındakı Dördüncü Sənaye İnqilabı Mərkəzinə ev sahibliyi edən Türkiyə Metal Sənayeçilər Birliyi (MESS) arasında imzalanmış Anlaşma Memorandumunda müəyyənləşdirilmiş istiqamətlər üzrə əməkdaşlıq çərçivəsində dövlət qurumları və özəl müəssisələrdə “Ağıllı Sənaye Hazırlığı İndeksi” (SIRI) qiymətləndirməsinin tətbiqinə start verilib. Bu qiymətləndirmə metodunun “SOCAR Polymer” şirkətində tətbiqi ilə bağlı 4SİM və bu şirkət arasında əməkdaşlığa dair müqavilə imzalanıb. Ölkəmizdə ilk olaraq tətbiq olunacaq bu xidmət çərçivəsində “SOCAR Polymer” şirkətinin istehsalat və biznes proseslərinin, eləcə də müxtəlif məlumatların təhlili aparılacaq, şirkətin rəqəmsal hazırlıq və Sənaye 4.0 üzrə mövcud vəziyyətinə dair hesabat, eləcə də smart transformasiya sahəsində növbəti 2-3 il ərzində inkişaf üzrə yol xəritəsi hazırlanacaq.

“SOCAR Polymer” şirkətində “SIRI” qiymətləndirməsi prosedurlarına aprelin 24-də başlanılıb.

Qeyd: Qlobal miqyasda rəqəmsal transformasiyanı sürətləndirmək məqsədilə “McKinsey”, “Siemens”, “SAP”, “Technical Inspection Association” kimi beynəlxalq şirkətlərlə birlikdə Sinqapur İqtisadi İnkişaf Şurası tərəfindən tərtib edilən “SIRI” qiymətləndirməsi Dünya İqtisadi Forumu tərəfindən rəsmi olaraq qəbul edilmiş yeganə rəqəmsal yetkinliyin qiymətləndirilməsi metodudur və bu metod bu günə qədər dünyanın 30 ölkəsində fərqli sahələrdə fəaliyyət göstərən 850-dən artıq şirkət və müəssisələrdə tətbiq olunub.

VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur?