26 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sumqayıt Kimya Sənaye Parkında ikinci butulka istehsalı müəssisəsi yaradılacaq

Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Glassica” QSC Sənaye Parkının 2 hektar ərazisində investisiya həcmi 44,4 milyon manat olan ikinci şüşə tara məhsulları istehsalı müəssisəsi inşa edəcək.

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyindən “vergiler.az”a verilən məlumata görə, Sumqayıt Kimya Sənaye Parkının rezidenti, şüşə tara məhsullarının istehsalçısı “Glassica” QSC Sənaye Parkının ərazisində ikinci analoji müəssisənin qurulması üzrə işlərə başlayıb. Bununla əlaqədar olaraq şüşə əritmə texnologiyaları sahəsində 130 ildən çox təcrübəyə malik olan Almaniyanın “HORN Glass Industries AG” şirkəti ilə “Glassica” QSC arasında sənəd imzalanıb. Sənədə əsasən, alman şirkəti yeni yaradılacaq müəssisənin layihələndirilməsini həyata keçirəcək, müasir avadanlıq və texnologiyalarla təchiz edəcək.

İnvestisiya həcmi 44,4 milyon manat, illik istehsal gücü 160 ton şüşə tara məhsulları olacaq müəssisədə 160 nəfər daimi işlə təmin ediləcək. Müəssisədə istehsal olunacaq məhsulların daxili bazarda satışı ilə yanaşı, xarici ölkələrə ixracı da nəzərdə tutulur.

Qeyd edək ki, “Glassica” QSC-nin hazırda Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərən şüşə tara məhsulları istehsalı müəssisəsi ildə 50 ton məhsul istehsal etmək gücündədir. İstehsal edilən məhsullar daxili bazara satılmaqla yanaşı, Moldova, Rumıniya və Gürcüstana ixrac edilir.

VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?