25 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Füzuli şəhəri “ağıllı şəhər” yanaşması əsasında yenidən qurulacaq

Füzuli şəhərində sakinlərin və sahibkarların rifahı üçün rəqəmsal həllərdən istifadə etməklə, ənənəvi şəbəkələrin və xidmətlərin daha səmərəli olması məqsədilə “ağıllı şəhər” yanaşması irəli sürülüb. Bu yanaşmada elektron idarəetmə sistemlərinə tam keçid, müasir texnologiyalar üzrə peşəkar kadrların hazırlanması, yaşayış evləri, təhsil, səhiyyə və digər xidmətlər sisteminin optimal əlaqələndirilməsi və digər mühüm mövzular öz əksini tapır.

Bu, Füzuli şəhərinin Baş planında əks olunub.

Digər yanaşma - “Blue zone” isə insanların sağlam və uzunömürlü yaşaması üçün şəraitin yaradıldığı şəhər hissələridir ki, bu sahələrdə şəhər parkı da daxil olmaqla, böyük açıq və yaşıllıq ərazilər yerləşdirilib. Şəhərin digər hissələri ilə bu ərazi arasında olan əlaqələr yaşıl koridorlar vasitəsilə təmin edilib.

Baş plan çərçivəsində həyata keçiriləcək:

- Şəhərə bütün istiqamətlərdən giriş-çıxışı təmin edən nəqliyyat şəbəkəsi qurulacaq;

- Ərazi 3 dairəvi avtomobil yolu vasitəsilə yığcam formada planlaşdırılacaq;

- İctimai nəqliyyatın hərəkətinə üstünlük verilməsi üçün uyğun küçə-yol şəbəkəsi formalaşdırılacaq;

- Təbii çayların, su hövzələrinin mühafizə zonalarında geniş rekreasiya əraziləri təmin ediləcək;

- Şəhərin tarixi irsinin tərənnüm etdirilməsi məqsədilə şəhər ərazisində Qələbə parkı, M.Füzuli Meydanı, Memorial parkın yaradılması nəzərdə tutulur və yaşıl zolaqlar vasitəsilə bu ərazilər bir-biri ilə əlaqələndiriləcək;

- Məşğulluq əraziləri şəhərin şərq tərəfində, hava limanının mühafizə zonasının daxilində yerləşdiriləcək.

AZƏRTAC

VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?