25 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qadın sahibkarların layihələrinin maliyyələşdirilməsinə dəstək

Aprel ayında başa çatacaq “Biznesdə qadınların gücü” layihəsi çərçivəsində üç ən yaxşı layihənin müəllifinə biznes ideyasını reallaşdırması üçün maliyyə dəstəyi göstəriləcək.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) “vergiler.az”a verilən məlumata görə, “Rabitəbank” ASC-nin təşkilatçılığı, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası və “Marsol Group”un dəstəyi ilə keçirilən “Biznesdə qadınların gücü” layihəsinə cəlb edilmiş 23 qadın sahibkarın biznes biliklərinin artırılması üçün fevral və mart aylarında müxtəlif təlimlər keçirilib, sahibkarlara dəstək və xidmət göstərən dövlət qurumlarının nümayəndələri ilə görüş və Lənkəran şəhərinə təcrübə səfəri təşkil edilib. Layihənin məqsədi qadın sahibkarların ölkə iqtisadiyyatındakı rolunun və işgüzar fəallığının artırılmasına dəstək olmaqdır.

Təlimlər zamanı qadın sahibkarlar korporativ mədəniyyət və idarəetmə, məhsul, onun təqdimatı və satışı, “Startap” şəhadətnaməsinin üstünlükləri, liderlik, eləcə də biznesin qurulması və inkişaf etdirilməsi üçün zəruri olan digər mövzularda məlumatlandırılıb, biznes subyektlərinə dəstək və xidmət göstərən dövlət qurumlarının nümayəndələri ilə görüşüb, Lənkəran rayonunda yerləşən çay plantasiyasına təcrübə səfəri ediblər.

Aprel ayında başa çatacaq “Biznesdə qadınların gücü” layihəsinin iştirakçılarının təqdim edəcəyi 3 ən yaxşı layihənin maliyyələşdirilməsinə dəstək göstəriləcək (1-ci yer 5000 manat, 2-ci yer 3000 manat və 3-cü yer 2000 manat).

VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?