10 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Növbəti hərracda 46 dövlət əmlakı özəlləşdirilib

Martın 7-də keçirilən hərracda 1 kiçik dövlət müəssisəsi və obyekti, 45 nəqliyyat vasitəsi özəlləşdirilib.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən “vergiler.az”a verilən məlumata görə, hərraca çıxarılan dövlət əmlaklarına ümumilikdə 347 sifariş qəbul edilib, bunun 49-u elektron qaydada həyata keçirilib.

Özəlləşdirilən obyekt Şirvan rayonunda yerləşən 27 saylı mağazadır. Torpaq sahəsi ilə birgə özəlləşdirilən əmlak 26 000 manata satılıb.

Budəfəki hərracda nəqliyyat vasitələrinə maraq böyük olub və avtomobillər rəqabətli şəkildə satılıb. Belə ki, ilkin satış qiyməti 7 800 manat olan “Land Rover” markalı avtomobilə edilən ən son təklif 22 000 manata yüksəlib. Bundan başqa, ilkin satış qiyməti 5 500 manat olan “QAZ 3302-14” markalı nəqliyyat vasitəsi 12 055 manata satılıb.

7 mart hərracında satılan əmlaklar üzrə dövlət büdcəsinə 323 760 manat vəsaitin ödənilməsi nəzərdə tutulur. Hərracda özəlləşdirilən əmlakların siyahısı ilə Xidmətin səhifəsindən tanış olmaq olar (https://clck.ru/33ihWp).

VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur?