26 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bolqarıstan və Azərbaycan yükdaşımaların artırılmasında maraqlıdırlar

Bolqarıstan və Azərbaycan Asiya ilə Avropa yük axınını daha da artırmaqda maraqlıdırlar.

vergiler.az” Bolqarıstan mətbuatına istinadən xəbər verir ki, bunu Bolqarıstanın nəqliyyat və kommunikasiya nazirinin müavini vəzifəsini müvəqqəti icra edən Nikolay Naydenov Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovla keçirdiyi videokonfrans zamanı deyib.

Sofiya ilə Bakı arasında birbaşa nəqliyyat əlaqəsinin vacibliyini qeyd edən N.Naydenov bu istiqamətdə birbaşa hava əlaqəsinin bərpası ilə bağlı işlərin aparıldığını qeyd edib. “Biz birbaşa nəqliyyat əlaqələrinin vacibliyini dərk edirik və iki paytaxt arasında birbaşa uçuşların bərpası imkanlarının axtarışındayıq”, - N.Naydenov bildirib.

Tədbirə qatılan hər iki ölkənin aviasiya administrasiyalarının nümayəndələri bu məsələdə dəstək göstərməyə tam hazır olduqlarını bildiriblər. Görüşdə həmçinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əhəmiyyəti qeyd edilib. Tərəflər əməkdaşlığın işlək modellərinin tapılması üçün Bolqarıstan və Azərbaycan qurumları arasında ekspert danışıqlarının təşkilinin zəruriliyi ifadə ediblər.

VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü?