12 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

68 yeni dövlət standartı qəbul edilib

2022-ci ildə Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən 68 yeni dövlət standartı qəbul edilib.

"vergiler.az" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Xidmətin 2022-ci il üzrə fəaliyyətinin yekunlarına həsr olunan mətbuat konfransında çıxış edərkən deyib.

Onun sözlərinə görə, Türk Standartları İnstitutu (TSE) ilə əməkdaşlıq çərçivəsində AZSTAND ölkə ərazisində Türkiyənin 9000-dən çox milli standartının rəsmi nəşrlərini yaymaq hüququ əldə edib.

Bildirilib ki, AZSTAND-ın nəzdində fəaliyyət göstərən laboratoriyalarda 2022-ci il ərzində 2700-dən artıq məhsul üzrə 12000-dən çox sınaq aparılıb.

Keyfiyyət infrastrukturunun inkişafı istiqamətində atılan addımlara diqqət çəkən Xidmət rəisi Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının Milli Metrologiya İnstitutu (TÜBİTAK UME) tərəfindən Azərbaycan Metrologiya İnstitutunda 20 laboratoriyanın yaradılması istiqamətində işlərə başlanıldığını qeyd edib.

"2022-ci ildə Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən 111 qurum akkreditə edilib, 17 qurumun akkreditasiya sahəsi genişləndirilib. İl ərzində sahibkarlıq subyektlərinə 61 mindən çox malın mənşə ölkəsini təsdiq edən sertifikatlar verilib",- deyə M.Abbasbəyli əlavə edib.

VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur?