16 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İndiyədək sənaye zonaları üzrə 116 sahibkarlıq subyektinə rezidentlik statusu verilib

Ötən il İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan sənaye zonalarında 28 sahibkarlıq subyektinə (sənaye parkları üzrə 23 rezident, sənaye məhəllələri üzrə 5 rezident) rezident statusu verilib. Bu barədə İZİA-nın İdarə Heyətinin sədri Elşad Nuriyev bildirib.

E.Nuriyevin sözlərinə görə, qeydiyyata alınmış rezidentlər tərəfindən ümumi 171 milyon manat investisiya yatırılması, 2400-dən artıq iş yerinin yaradılması planlaşdırılır: “İndiyədək sənaye zonaları üzrə ümumi investisiya həcmi 7 milyard manata yaxın olan 116 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bunlardan artıq 65-i istehsal fəaliyyətinə başlayıb. Sahibkarlar tərəfindən sənaye zonalarına 6,46 milyard manatdan çox investisiya yatırılıb və 10 min 400-dən artıq daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 460 milyon manata yaxın investisiyanın yatırılması və 4200-dən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulur. Rezidentlər tərəfindən ümumilikdə 2,9 milyard manat dəyərində məhsul satışı həyata keçirilib ki, bunun da 1 milyard manatı ixracın payına düşür. 2021-ci illə müqayisədə satış 20,6 faiz, ixrac isə 10,08 faiz artıb”.

E.Nuriyev bildirib ki, ikiillik fəaliyyəti dövründə Agentliyin idarəçiliyində olan sənaye zonalarında investisiya həcmi 246 milyon manatdan çox olan 30 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Bu rezidentlər tərəfindən həyata keçiriləcək layihələr üzrə 2800-dən çox iş yerinin yaradılması nəzərdə tutulur: “Agentliyin ikiillik fəaliyyəti dövründə idarəçiliyində olan sənaye zonalarının rezidentləri tərəfindən təxminən 5,2 milyard manat dəyərində məhsul istehsal edilib ki, bunun da 1,9 milyard manat dəyərində olan hissəsi ixrac edilib. İstehsal olunan məhsullar daxili bazarla yanaşı “Made in Azerbaijan” brendi ilə dünyanın bir çox ölkəsinə (ABŞ, Kanada, BƏƏ, Çin, Rusiya, Çexiya, İngiltərə, İsrail, İspaniya, Avstriya və s. ölkələr) satılıb”.

AZƏRTAC

Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir?