14 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sosial sahibkarlığın inkişafına dəstək məqsədilə milli ekspertlər hazırlanır

Avropa İttifaqı (Aİ) və BMT İnkişaf Proqramı Azərbaycanda sosial sahibkarlığın inkişafına dəstək məqsədilə ikihəftəlik “Təlimçilərin təlimi” proqramına başlayıb.

vergiler.az” BMT-nin İnkişaf Proqramı Kommunikasiya bölməsinə istinadən xəbər verir ki, intensiv təlim proqramı sosial sahibkarlıq istiqamətində 7 milli ekspert hazırlamaq məqsədi daşıyır. Bu ekspertlər daha sonra proqramdan əldə etdikləri bilik və bacarıqları öz iş fəaliyyətlərini sosial biznes modelinə yönəltməkdə maraqlı olan 40 vətəndaş cəmiyyəti təşkilatı, sosial sahibkarlar və gənclər qrupları ilə paylaşacaqlar.

Təlimlər çərçivəsində iştirakçılar sahə üzrə beynəlxalq və yerli ekspertlərin dərslərində iştirak edərək sosial sahibkarlıq sahəsində bacarıqlarını artırmaq imkanı qazanırlar.
Təlimlər sosial iqtisadiyyat, dairəvi iqtisadiyyat, eləcə də yerli və inklüziv inkişaf sahələrində təxminən 15 illik təcrübəyə malik ARCO (Birgə inkişaf üçün Aktiv Araşdırma) Araşdırma Mərkəzi (İtaliya) və “ARPA Consulting” tərəfindən aparılır.

Qeyd edək ki, təlim proqramı, Aİ-nin maliyyələşdirdiyi və BMT İP-nin həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində həyata keçirilir. Layihənin hədəfi yerli inkişafa dəstək vermək, ölkədə sosial sahibkarlığın təşviqi sahələrində vətəndaş cəmiyyətinin iştirakının artırılması məqsədilə onların potensialını gücləndirməkdir.

VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir?