17 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İş adamları “Bakı KOB evi”ndə mediatorlara müraciət edə bilərlər

Bu yaxınlarda fəaliyyətə başlamış “Bakı KOB evi”ndə sahibkarlıq fəaliyyəti ilə bağlı yaranan mübahisələrin məhkəməyə getmədən həlli məqsədilə iş adamlarına mediasiya xidməti də göstərilir. Mediasiya Şurası tərəfindən göstərilən xidmətin məqsədi iş adamlarının kommersiya mübahisələrinin həlli üçün mediasiya xidmətlərinə əlçatanlığını və bu sahədə operativliyi təmin etməkdir. Mediasiya xidmətinin iş rejimi həftə içi 5 gün olmaqla, saat 09.00-18.00-dəkdir.

İş adamları kommersiya mübahisələri ilə bağlı “Bakı KOB evi”ndə fəaliyyət göstərən mediasiya məkanına müraciət edə bilərlər.

Yanvarın 11-də Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov, Bakıda fəaliyyət göstərən mediasiya təşkilatlarının rəhbərləri və mediatorlar “Bakı KOB evi”ndə sahibkarlar üçün yaradılmış şəraitlə tanış olublar.

“Bakı KOB evi”nin rəhbərliyi tərəfindən KOB evində sahibkarlara göstərilən "G2B" və "B2B" xidmətlər, eləcə də təlim, startap və mediasiya məkanları barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, "Bakı KOB evi"ndə sahibkarlara mediasiya xidmətlərinin göstərilməsi sahəsində KOBİA tərəfindən Mediasiya Şurasına lazımi dəstək göstəriləcəkdir.

VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər?