15 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

2024-cü ilin sonunadək Aktau-Siyəzən marşrutu üzrə sualtı optik xəttin çəkilişinə başlanılacaq

Azərbaycan-Qazaxıstan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin tikinti işlərinə 2024-cü ilin sonunadək başlanılacaq.

"AzerTelecom" şirkətindən "vergiler.az"a verilən məlumata görə, layihə çərçivəsində Qazaxıstanın "Kazakhtelecom" şirkəti ilə əməkdaşlıq şərtləri haqqında saziş imzalanıb.

Saziş strateji tərəfdaşlığın əsas sənədidir və iki şirkət arasında daha öncə imzalanmış memorandum çərçivəsində əməkdaşlığın başlıca şərtlərini müəyyən edir.

Hazırda yüksək səviyyəli dizayn layihəsi hazırlanıb, detallı yol xəritəsi təsdiq edilib, tədqiqat işlərinin bitməsindən sonra Xəzərin dibi ilə birbaşa optik xəttin tikintisi aparılacaq.

Sualtı xəttin əsas marşrutu Aktaudan Siyəzənə qədər uzanacaq və uzunluğu 340 kilometrdən çox olacaq, uzunluğu 330 km olan ehtiyat kanal isə Qazaxıstanın Kurık limanından Bakının yaxınlığında yerləşən Buzovnaya qədər çəkiləcək.

Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir?