14 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Şərab istehsalı 27 faizdən çox artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda üzüm şərabı istehsalı illik müqayisədə 27,4 faiz artaraq 767,1 min dekalitr təşkil edib.

vergiler.az” Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə ölkədə 1087,5 min dekalitr araq istehsal edilib ki, bu da ötən ilin müvafiq aylarına nisbətdə 17,8 faiz azdır.

Pivə istehsalında da 4,4 faiz azalma qeydə alınıb. Cari ilin 11 ayında 4376,9 min dekalitr pivə istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 200,6 min dekalitr azdır.

Bununla yanaşı, hesabat dövründə 33 799,0 min dekalitr həcmində alkoqolsuz içkilər istehsal edilib ki, bu da ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 21,5 faiz çoxdur.

Dekabrın 1-nə anbarlarda 907,4 min dekalitr üzüm şərabı, 239,2 min dekalitr araq, 272,5 min dekalitr pivə və 358,8 min dekalitr alkoqolsuz içkilər ehtiyatı yaranıb.

Dövlət Gömrük Komitəsinin 11 aylıq hesabatına əsasən, ölkəyə 76 789,87 min ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər və sirkə idxal edilib ki, bu də ötən ilin müvafiq göstəricisini 9,5 faiz üstələyir. Bu məhsul kateqoriyası üzrə ixracın dəyəri 79,3 faiz artaraq 22 706,9 min dollar təşkil edib.

Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir?