12 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Rəqəmsal İqtisadiyyat Strategiyası hazırlanır

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin sədrliyi ilə Rəqəmsal İqtisadiyyat Strategiyasının hazırlanması üzrə İşçi Qrupun 1-ci iclası keçirilib.

Aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə onlayn formatda keçirilmiş iclasda İşçi Qrupun Katiblik funksiyasını həyata keçirən Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən Qrupun fəaliyyət prinsipləri, ölkəmizdə rəqəmsal iqtisadiyyatın inkişaf etdirilməsi üçün qarşıda duran vəzifələr barədə məlumat verilib, Strategiyanın hazırlanması istiqamətində görüləcək işlərə dair təqdimat keçirilib. İclasda İşçi Qrup üzvlərinin təkilfləri dinlənilib, müzakirələr aparılıb.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planına əsasən, Rəqəmsal İqtisadiyyat Strategiyasının hazırlanması, bu sahə üzrə inkişafın təmin edilməsi üçün görüləcək işlərin effektiv koordinasiyasının təmin olunması məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən Rəqəmsal İqtisadiyyat Strategiyasının hazırlanması üzrə İşçi Qrup yaradılıb.

VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur?