11 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan “Yaşıl kart”ları Gürcüstan və Qazaxıstanda satılacaq

İcbari Sığorta Bürosu (İSB) Beynəlxalq Bürolar Şurası (BBŞ) ilə Gürcüstan və Qazaxıstanda qeydiyyatdan keçən nəqliyyat vasitələrinə Azərbaycan “Yaşıl kart”larının satılması ilə bağlı razılıq əldə edib.

Bürodan “vergiler.az”a verilən məlumata görə, razılaşmaya əsaslanaraq 1 yanvar 2023-cü ildən etibarən “Yaşıl kart” sığorta şəhadətnamələri bu ölkələrin nəqliyyat vasitələrinə Azərbaycan sığortaçıları tərəfindən satılacaq. Xidmət ixracı anlamına gələn bu fəaliyyətdən yerli sığorta şirkətlərinin önəmli miqdarda mənfəət əldə etmələri gözlənilir.

İSB-nin məlumatına əsasən, 2022-ci ildə Azərbaycan və Türkiyə “Yaşıl kart” sığorta sistemləri inteqrasiya olunub. Bununla da Azərbaycana məxsus avtomobil Türkiyə, həmçinin Türkiyənin nəqliyyat vasitələri Azərbaycan gömrük məntəqələrinə daxil olduqda “Yaşıl kart”ın etibarlılığı elektron qaydada müəyyən edilir. Büronun təşəbbüsü ilə həyata keçirilən inteqrasiya dünyada ilk belə təcrübə olmaqla saxta “Yaşıl kart” sığorta şəhadətnaməsi ilə sərhədləri keçmənin qarşısını alır.

Xatırladaq ki, İSB bu ilin 11 ayında “Yaşıl kart” sistemində xaricdə baş vermiş yol-nəqliyyat hadisələrinə görə 531 min manata yaxın, xarici vətəndaşların ölkə ərazisində törətdiyi sığorta hadisələrinə görə isə 95 min manatdan artıq ödəniş həyata keçirib. Xaricdə baş verən hadisələr üzrə ən böyük ödəniş Almaniya ərazisində qeydə alınıb və 31 min 586 manat təşkil edib. Xarici vətəndaşların iştirakı ilə Azərbaycan ərazində baş vermiş hadisələr üzrə isə ən böyük ödəniş 23 min manat olmaqla Rusiyanın payına düşür.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı Avropa İqtisadi Komissiyasının Yol Nəqliyyatı üzrə İşçi Qrupunun nəzdində fəaliyyət göstərən “Yaşıl kart” Sistemi 1949-cu ildə beynəlxalq nəqliyyatı asanlaşdırmaq və bu sistem çərçivəsində zərərlərin tənzimlənməsi üçün yaradılıb. İSB 1 yanvar 2016-cı ildən BBŞ-yə üzv olan milli Yaşıl Kart Bürosunun funksiyalarını həyata keçirir. Büro “Yaşıl kart” sistemi üzrə əlaqələndirici, ixtisaslaşmış təşkilat kimi fəaliyyət göstərməklə, Beynəlxalq Yaşıl Kart Sistemində Azərbaycanı təmsil edir.

VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur?