24 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanın metallurgiya sənayesində istehsal artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 1327,7 milyon manatlıq məhsul istehsal olunub.

vergiler.az” Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, ötən ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə hazır metal məmulatlarının istehsalı sahəsində 13 faiz, metallurgiya sənayesi məhsullarının istehsalında isə 2,1 faiz artım müşahidə olunub.

Cari ilin ilk 11 ayında ölkədə polad boruların istehsalı 2,1 dəfə, armaturun istehsalı 42 faiz, poladtökmə istehsalı 31,9 faiz artıb. Hazır metal məmulatlarının istehsalı sahəsi üzrə 31 496,3 ton qara metallardan sair konstruksiyalar istehsal edilib.

Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində istehsal edilən əsas məhsullar:

Məhsul növlәri

2022-ci ilin yanvar-noyabr aylarında istehsal edilib

Əvvəlki ilə nisbətən, %

Metallurgiya sәnayesi mәhsulları

Poladtökmә, min ton

363,5

131,9

Armatur, min ton

402,7

142,0

Polad borular, min ton

117,0

2,1 d.

Emal edilmәmiş alüminium әrintilәri, ilkin şәkildә, min ton

29,0

118,4

Alüminium çubuqlar, millәr vә profillәr, ton

3535,6

152,2

Hazır metal mәmulatlarının istehsalı

Qara metallardan yığma tikinti konstruksiyaları, min manat

27948,8

121,2

Qara metallardan sair konstruksiyalar, ton

31496,3

115,0

Misdәn elektrik izolyasiyası olmayan çoxdamarlı mәftil, tros vә kabellәr, ton

5190,4

102,0

Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı?