Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 1327,7 milyon manatlıq məhsul istehsal olunub.
“vergiler.az” Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, ötən ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə hazır metal məmulatlarının istehsalı sahəsində 13 faiz, metallurgiya sənayesi məhsullarının istehsalında isə 2,1 faiz artım müşahidə olunub.
Cari ilin ilk 11 ayında ölkədə polad boruların istehsalı 2,1 dəfə, armaturun istehsalı 42 faiz, poladtökmə istehsalı 31,9 faiz artıb. Hazır metal məmulatlarının istehsalı sahəsi üzrə 31 496,3 ton qara metallardan sair konstruksiyalar istehsal edilib.
Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində istehsal edilən əsas məhsullar:
Məhsul növlәri |
2022-ci ilin yanvar-noyabr aylarında istehsal edilib |
Əvvəlki ilə nisbətən, % |
Metallurgiya sәnayesi mәhsulları |
||
Poladtökmә, min ton |
363,5 |
131,9 |
Armatur, min ton |
402,7 |
142,0 |
Polad borular, min ton |
117,0 |
2,1 d. |
Emal edilmәmiş alüminium әrintilәri, ilkin şәkildә, min ton |
29,0 |
118,4 |
Alüminium çubuqlar, millәr vә profillәr, ton |
3535,6 |
152,2 |
Hazır metal mәmulatlarının istehsalı |
||
Qara metallardan yığma tikinti konstruksiyaları, min manat |
27948,8 |
121,2 |
Qara metallardan sair konstruksiyalar, ton |
31496,3 |
115,0 |
Misdәn elektrik izolyasiyası olmayan çoxdamarlı mәftil, tros vә kabellәr, ton |
5190,4 |
102,0 |